Belorus prezidenti Aleksandr Lukaşenko bazar günü keçiriləcək prezident seçkisini müşahidə edəcək müstəqil müşahidəçilərə xəbərdarlıq edib. Dövlət televiziyası ilə yayılan çıxışında Lukaşenko bildirib bildirib ki, “müşahidəçilər sadəcə prosesə baxmalıdırlar, onun necə aparılması barədə göstəriş verməməlidirlər. Yoxsa, zorla məntəqədən çıxarıla bilərlər.”
Aleksandr Lukaşenko 1994-cü ildən hakimiyyət başındadır. Bazar günü keçiriləcək prezident seçkisində yenə də namizədliyini verib. Onun rəqibi olan doqquz başqa namizəd polisin onlara təbliğat aparmağa imkan verməməyindən şikayət edir.
Belorusun rəsmi informasiya agentlikləri bu seçkini 1000 nəfər beynəlxalq, 5000 nəfər də yerli müşahidəçinin izləyəcəyini xəbər verirlər.