Dünya Bankı orta Asiya siyasilərini biznesə az müdaxilə etməyə çağırır

Dünya Bankının Mərkəzi Asiya və Qafqaz üzrə baş iqtisadçısı Souleymane Coulibayi hesab edir ki, siyasi elitanın biznesə müdaxiləsi bu məkanda inkişafa mane olur.

Dekabrın 17-də Düşənbədə çıxışında Coulibayi bildirib ki, “əsassız inzibati maneələr, aşağı səviyyəli dövlət xidmətləri və siyasi elitanın biznesə həddən artıq müdaxiləsi rəqabət mühitinin formalaşmasında ən əsas problemə çevrilib”.

Onun fikrincə, bu regiondakı beş ölkənin orta və yaxın dövrdə inkişafına ən ciddi problemlər aşağı xidmət səviyyəsi, müntəzəm olmayan enerji təminatı və telekommunikasiyaya məhdud çıxış imkanlarıdır.