Atatürkün yaxtasında fahişəxana ittihamı ilə məhkəmə başlayır

Türkiyədə aralarında Qazaxıstandan olan bir iş adamı da olmaqla 10 nəfər şübhəli beynəlxalq fahişə şəbəkəsi yaratmaq ittihamı ilə məhkəməyə çıxarılıb. Antalyada keçirilən məhkəmədə onların dünyanın ən böyük yaxtında insan qaçaqçılığı, fahişəliyə sövq, beynəlxalq cinayətkar qrup yaratmaq ittihamları araşdırılacaq.

Türkiyə bu gəmidə saxlanan doqquz rus və ukraynalı qadını ölkədən çıxardığını bildirib. Onların arasında iki yeniyetmə qız da olub.

Bu hadisə vaxtilə Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün istifadə etdiyi gəmidə baş verib. Türkiyə rəsmiləri gəminin muzeyə verildiyini bildirirlər.