Prezident Barak Obamının Demokrat Partiyasından senatorlar nüvə silahlarının azaldılmasına dair yeni START razılaşmasının milad bayramından təsdiq edilməsinə çalışırlar. Bu ilin aprelində ABŞ və Rusiya prezidentlərinin imzaladıqları razılaşmaya görə hər iki tərəf qarşıdakı yeddi il ərzində strateji nüvə başlıqlarını azı 1550 ədəd azaltmalıdırlar.
Bəzi respublikaçılar müqavilənin şərtlərinin dəyişdirilməsini tələb edirlər. Onların fikrincə, hazırkı razılaşma ABŞ-ın milli təhlükəsizliyinə zərbə vurur.
Rusiyanın Xarici İşlər naziri dekabrın 20-də yerli mediaya müsahibəsində deyib ki, ABŞ senatorlarının müqavilədə hər hansı düzəliş cəhdi bütövlükdə razılaşmanın ləğvi ilə nəticələnə bilər. Sergey Lavrov deyib ki, START müqaviləsinin şərtləri yeni danışıqlar mövzusu ola bilməz.
ABŞ Senatı ilə eyni vaxtda Rusiya parlamentinin də razılaşmanı təsdiq etməsi planlaşdırlır.