Meksikada neft kəməri partlayıb, azı 28 nəfər həlak olub

Meksikada neft kəmərinin partlamasına görə azı 28 nəfər həlak olub. Bazar günü San Martin Texmelucan şəhərində baş vermiş partlayışda bir neçə ev, maşınlar dağılıb, ətrafa neft yayılıb.

Rəsmilər həlak olan 28 nəfərdən 13-nün uşaq olduğunu bildirirlər. Hələlik dövlət neft şirkətinin nəzarətində olan bu kəmərdə partlayışın səsəbləri məlum deyil.