Gəncəbasarın qazı kəsilib

Gəncə, Samux və Göygöldə mavi yanacağın verilişi müvəqqəti dayandırılıb
Buna magistral qaz kəmərində qəza vəziyyətində olan xətlərin dəyişdirilməsi səbəb olub.

Gəncə şəhər Qaz İstismar İdarəsinin baş mühəndisi Şubay Nəsibov AzadlıqRadiosuna deyib ki, gün ərzində mavi yanacağın verilişi bərpa olunacaq.