Yeni il hədiyyələri yoxlanır

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2 saylı Ərazi Nəzarət İdarəsi bölgədə reydlərə başlayıb. Gəncənin ətraf qəsəbələrində 6 mağazada aparılan yoxlamada, Yeni İl hədiyyələrinin içinə qoyulan ərzaqların mənşəyi məlum olmadığı aşkarlanıb.

İdarənin rəis müavini Qasım Hüseynov bildirib ki, həmin ərzaq məhsulları laborator analizə verilib. Məlum olub ki, şəkər əvəzinə məhsullara saxaroza qatılıb ki, bu da insan sağlamlığı üçün təhlükəlidir.

Q.Hüseynov qeyd etdi ki, nəticədə keyfiyyətsiz ərzaq məhsulu satan ticarət obyektləri qanunvericiliyə uyğun cərimələnəcək.