Türkiyənin qadınlardan ibarət “Fənərbaxça Acıbadem” voleybol komandası klublararası dünya çempionatının qalibi olub.
Qətərin paytaxtı Dohada keçirilən turnirin finalında türkiyəli voleybolçular Braziliyanın “Soollys Osasko” klubunu 3:0 hesabı ilə məğlub edib.
Bu qələbəyə görə klub rəhbərliyi komandaya 3000 Türkiyə Cumhuriyyəti altunu (qızıl onluq) hədiyyə edib.
Xatırladaq ki, “Fənərbaxça” klubu yarımfinalda “Mirador” klubunu 3:0 hesabı ilə məğlub etmişdi.
/ANS/