Ərdoğan Əhmədinejadla görüşüb

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla İran prezidenti Mahmud Əhmədinejad cümə axşamı İstanbulda İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.

Bağlı qapılar arxasında keçirilən görüş İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin sammiti çərçivəsində baş tutub.

Gələn ilin yanvarında İstanbulda bu məsələylə bağlı dünya ölkələri ilə İran arasında növbəti görüş gözlənilir.