Yaraqlılarla hərbçilər arasında atışma olub, ölənlər var

Pakistanın Əfqanıstanla sərhədində - Mohmand əyalətində yaraqlılarla hərbçilər arasında atışma olub. 11 hərbçi həlak olub, 10-u yaralanıb.

Hərbçilərə bu gün səhər 150 yaraqlı hücum edib. Onlardan 20-i öldürülüb.