“Məni qanunsuz həbs edib, qanunsuz cərimələyiblər. Cəriməni ödəməyəcəyəm”.
Bu sözləri AzadlıqRadiosuna bu il aprelin 26-da müxalifətçilərin etiraz aksiyası zamanı həbs edilən “Yüksəliş naminə” qəzetinin əməkdaşı Elçin Həsənov deyir.
Yüksəliş naminə” qəzeti Sumqayıt şəhərində çıxır.
Elçin Həsənovun sözlərinə görə, “Azadlıq” blokunun Bakı şəhərində keçirdiyi aksiyada polis həm də onu döyüb:
“Polis həmin aksiyada bizi zorla maşına mindirib Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə gətirdi. Burada məni döydülər. Daha sonra üst-başım qan içində olsa da, məni Səbail rayon Məhkəməsinə gətirdilər. Məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 301.1-ci maddəsi üzrə 20 manat cərimə edildim”.
Elçin Həsənov deyir ki, polis bölməsində aldığı xəsarətlərlə bağlı tibbi ekspertizadan keçib. Ekspert rəyində yazılıb ki, xəsarətlər nəticəsində onun bədəninin müxtəlif nahiyələrində yumşaq toxumalar əzilib.
Səbail polisi jurnalistin döyülməsi barədə iddiaları təkzib etmişdi.
E.Həsənov Səbail rayon Məhkəməsinin qərarlarından yuxarı məhkəmə instansiyalarına şikayət göndərsə də, qərar qüvvədə saxlanıb. Buna görə də o, Avropa İnsan Haqları Məhkəməsində şikayət göndərməyə hazırlaşır.
Sumqayıt şəhər Məhkəmə Qərarlarının İcrasına Nəzarət İdarəsinin əməkdaşı Vaqif Kərimov isə bildirir ki, vətəndaş 20 manat cəriməni mütləq ödəməlidir: “İş bütün yerli məhkəmə instansiyalarından keçib. Ona görə də qərarın icrası vacibdir”.
V.Kərimovun sözlərinə görə, məhkəmə qərarının icrası dayandırıla bilər. Bunun üçün vətəndaş Avropa Məhkəməsinin işi qəbul etdiyi haqda sənədi Məhkəmə Qərarlarının İcrası İdarəsinə təqdim etməlidir.