Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçilib

Dekabrın 25-də Azərbaycan Gənclər və İdman Nazirliyində Azərbaycan Gimnastika Federasiyasının ümumi iclası keçirilib.

Gimnastika Federasiyasının 4 illik fəaliyyətinin yekunları barədə hesabat məruzəsi ilə qurumun vitse-prezidenti Altay Həsənov çıxış edib.

İclasda Gimnastika Federasiyası prezidenti, vitse-prezidenti və İcraiyyə Komitəsi üzvlərinin seçkiləri olub.

Həmçinin, qurumun yeni nizamnaməsi müzakirə edilib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva yenidən beş il müddətinə Federasiyanın prezidenti seçilib.