Cənubi Koreya dekabrın 27-dən 31-dək yeni hərbi təlim keçirəcəyini bəyan edib.
Komandanlığın məlumatına görə, təlim Sarı dənizdəki mübahisəsiz ərazilərdə keçiriləcək.
Qeyd edək ki, Cənubi Koreya bu həftə regionda tarixi boyu ən böyük hərbi təlim keçirib.
Şimali Koreya hərbi təlimdən dərhal sonra nüvə silahından istifadə etməklə cənubla müharibəyə hazır olduğunu bəyan edib və bir daha Seulu müharibəyə sürükləməkdə ittiham edib.
Bu yaxınlarda Şimali Koreyanın Cənubi Koreyanın Yon Pyon adasını atəşə tutmasından sonra regionda vəziyyət yenidən gərginləşib.