Hava zərbələri nəticəsində azı 15 yaraqlı öldürülüb

Pakistanın şimal-qərbində ABŞ-ın pilotsuz təyyarəsinin hava zərbələri nəticəsində azı 15 yaraqlı öldürülüb.

Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, zərbələr yaraqlıların düşərgələrindəki maşınlarına endirilib.

Hava zərbələri Əl-Qaidə üzvlərinin və talibançıların olduğu ərazilərdə həyata keçirilib.