H.Klinton Xadarkovskiyə qarşı yeni ittihamları pisləyir

ABŞ Dövlət katibi Hillari Klinton da Xadarkovskiyə qarşı yeni ittihamları kəskin pisləyib. Dövlət katibi bu gün yaydığı bəyanatında bu məhkəmənin Rusiyanın insan haqlarına dair ödhəliklərinə və ölkədə investisiya mühitinə ziyan gətirəcəyini bildirib.

Klinton prezident Medvedevi ölkədə məhkəmələrin müstəqilliyi üçün şərait yaratmağa çağırıb.
Almaniyanın İnsan Haqları Komissarı Markus Loening da bu gün yaydığı bəyantda Xadarkovskiyə qarşı yeni ittihamlardan hiddətləndiyini bildirib.

Amnesty International Beynəlxalq insan haqları təşkilatı Xadarkovski və onun ortağına qarşı bugünkü ittihamları “siyasi məhkəmə nümunəsi” adlandırıb.

Bu gün Moskvada hakim keçmiş YUKOS neft şirkətinin rəhbəri Mixail Xodorkovskiyə qarşı qaldırılmış yeni ittihamla bağlı hökmü oxumağa başlayıb. Vəkillərin gumanına görə hökmün oxunuşu hələ bir neçə gün də davam edə bilər.

Jurnalistlər məhkəmə zalına buraxılmayıb. 2003-cü ildə vergidən yayınmaq ittihamı ilə azadlıqdan məhrum edilmiş Mixail Xodorkovski ilə Platon Lebedev indi də neft oğurluğunda və milyardlarla dollar çirkli pulların yuyulmasında suçlu sayılır. Dövlət ittihamçısı onların 14 il azadlıqdan məhrum edilməsini tələb edib. Əgər hakim bu tələbi qəbul etsə, onlar 2017-ci ilə qədər həbsdə qala bilərlər. İnsan haqları fəalları onların əslində Vladimir Putinlə siyasi çəkişməyə görə həbs olunduqlarını deyirlər.