Yasamalın polis rəisi və müavini işdən çıxarılıblar

Bakı şəhər Yasamal rayon Polis İdarəsinin rəisi Möhübbət Hüseynov və müavini, Vəli Abbasov DİN rəhbəri Ramil Usubovun əmri ilə tutduqları vəzifədən azad olunublar.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, belə ciddi cəza işdə yol verdikləri nöqsanların nəticəsi olub. Bu nöqsanların nədən ibarət olduğu açıqlanmır.

Boş qalan vəzifələrə hələlik təyinat yoxdur.