Qazaxıstanda içərisində Azərbaycan vətəndaşları olan balıqçı gəmiləri saxlanıb

Xəzərin Qazaxıstana aid hissəsində içərisində Azərbaycan vətəndaşları olan 3 balıqçı gəmisi saxlanılıb.

APA-nın “Kazakhstan Today”ə istinadən yaydığı məlumata görə, gəmilər sahildən təxminən 20 kilometr aralıda saxlanılıb.

Baxış zamanə gəmilərdə ümumilikdə 8 ton nərəkimilərə aid balıq aşkar edilib.

Araşdırma zamanı bəlli olub ki, gəmilərdən ikisinin heyət üzvləri Azərbaycan vətəndaşlarıdır.

Üçüncü gəminin heyəti barədə hələlik məlumat yoxdur.