NATO və Əfqanıstan rəsmiləri yola qoyulan bombanın partlaması ilə azı 14 dinc sakinin həlak olduğunu bildirir. Hadisə dekabrın 30-da Əfqanıstanın Helmand əyalətində baş verib. Bu ərazidə Talibanın təsiri güclüdür və Əfqanıstanın ən təhlükəli bölgələrindən hesab edilir.