Moldovada Qərb yönümlülər gücləndi

Moldovada Demokrat Partiyası dekabrın 30-da Qərb yönümlü hökumət koalisiyasına qoşulub. Bundan əvvəl həmin partiya müxalifətdə olan Kommunist Partiyası ilə müttəfiq idi.

Amma bu partiya ilə də Qərbyönümlü müxalifətin birləşdiyi koalisiya parlamentdə prezidenti seçə biləcək qədər mandata sahib ola bilmir. Sadəcə olaraq Demokrat Partiyasının lideri Marian Lupu müvəqqəti olaraq parlamentin spikeri vəzifələrini icra edəcək.

Dekabrın 28-də keçirilmiş parlament seçkisində Moldovadakı siyasi qüvvələrin heç biri təkbaşına prezidenti seçə biləcək qədər mandat qazana bilməyiblər. Hakimiyyət başında olan Qərb yönümlü partiyalarına koalisiyasına bunun üçün iki səs lazım olub.