Almaniya ordusunda son çağırış başlayıb

Almaniya ordusuna sonuncu çağırış elan edilib. Yanvardan başlayaraq 12 000 kişi orduya altı aylıq hərbi təlimə cəlb ediləcək. Bununla da Almaniya ordusunda çağırış ləğv edilir.

Bu ilin iyul ayından ordu tam könüllü peşəkarlardan təşkil olunacaq və sayı da 250 000 nəfərdən 185 000 nəfərə endiriləcək.

Hökumət bunun həm büdcəyə qənaət edəcəyini, həm də ordunun imkanlarını 21-ci əsrin tələblərinə uyğun şəkildə daha artıracağını deyir.