Buzqıran gəmiləri bulzlaqlara ilişən 500-ə yaxın gəmi sərnişinini xilas etməyə çalışır

İki Rusiya buzqıran gəmisi Kamçatka yarımadası yaxınılığındakı Oxotsk dənizində buzlarda ilişib qalan 5 gəmini xilas etməyə çalışırlar. Gəmilərdən 3-ü hələ Yeni il gecəsindən buzlara ilişib, digər ikisi isə sonra.

Ümumilikdə buzlarda qalan gəmilərdə 500-ə qədər sərnişin var. Xilasedicilər ilk olaraq artıq uzunmüddətdir dənizdə qalan, və sahilə çox yaxın olduğu üçün qayalara çırpılmaq təhlükəsi olan balıqçı gəçmisini xilas etməyə çalışırlar.