Əfqanıstanda böyük terror aktının qarşısı alınıb

Əfqanıstanda böyük terror aktına hazırlaşmaqda şübhəli bilinən 7 nəfər həbs edilib.

Milli təhlükəsizlik idarəsinin sözçüsü Lütfulla Meşalın sözlərinə görə, onlardan 5-i baş nazir müavini
Məhəmməd Qasım Fəhimiyə hücuma hazırlaşırmışlar.

İkisi isə prezident sarayı və digər obyektlərin ətrafında partlayışlar törətməyi planlaşdırırmış.