Avropa Birliyi hələlik Tehranın təklifinə cavab verməyib

Avropa Birliyi İranın nüvə obyektlərinə baş çəkməklə bağlı hələlik Tehranın təklifinə cavab verməyib.

Amma Avropa Komissiyasının mətbuat katibi bildirib ki, belə bir yoxlamanı Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri aparmalıdır.

İranın hakim dairələri bundan bir gün əvvəl Avropa Birliyinin elçiləri və onun nüvə proqramı ilə bağlı danışıqlarda iştirak edən dünya ölkələrini ölkənin nüvə obyektlərinə baş çəkməyi təklif edib.

Yanvarın sonunda İstanbulda İranın nüvə proqramı ilə bağlı danışıqların növbəti mərhələsi olmalıdır.

Qərb hesab edir ki, İran uran zənginləşdirilməsindən nüvə silahının istehsalında da istifadə edə bilər.
Tehran ittihamı rədd edir.