Quş ovuna qoyulan qadağanın müddəti uzadılıb

Türkiyə, Honq-Konq və Gürcüstanda «quş qripi» xəstəliyi aşkarlanıb

Dekabrın 1-dən quş ovuna qoyulan qadağanın müddəti daha bir ay uzadılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, qadağanın uzadılmasında məqsəd Azərbaycan ərazisində «quş qripi» xəstəliyinin (H1N1 virusu) qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsidir.

Məlumatda bildirilir ki, Türkiyə, Honq-Konq və Gürcüstanda «quş qripi» xəstəliyinin aşkarlanması barədə yayılan məlumatlardan sonra Azərbaycan ərazisində qabaqlayıcı tədbirlərin görülməsi zərurəti yaranıb. Cənub-Şərqi Asiyadan Azərbaycana vəhşi quşların miqrasiya etməsi, Gürcüstan və Türkiyənin isə həmsərhəd olması xəstəliyin hər an ölkəyə daxil olma ehtimalını artırır.

Ovçuların çoxsaylı müraciətləri nəzərə alınaraq ötən il noyabrın 5-də ölkə ərazisində su-bataqlıq quşlarının ovu açıq elan olunmuşdu.