Atəşkəs pozulub

Yanvarın 6-da axşam erməni silahlı qüvvələri Azərbaycan ordusunun Tovuz və Qazax rayonlarındakı mövqelərini atəşə tutub. Atəş Ermənistanın Berd rayonu tərəfindən açılıb.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan ordusunun Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığındakı mövqeləri də atəşə məruz qalıb. İtki yoxdur.