Əfsanə Əliyeva "Həyəcan siqnalı"
















Hasar


Xəyanətin gözlərimdən,
yaş olub axır.
Ürəyimə ox olub,
batır.
Başqası layla çalır.
Mənə olan sevgin,
yavaş-yavaş yatır.

Hər gecə telefon qulağında
Aramızda hasar hördürür sənə
Xəbərin yoxdu
Yavaş-yavaş səsini qulağına sevdirir
Günlərlə,aylarla
səsləriniz görüşəcək
Sonra səsləriniz
Bir-birinə canlı görüşməyi
Təklif edəcək
Görüş günü yetişəcək
Siz görüşəcəksiz.
Elə həmin gün
Hasarı hörüb qurtaracaqsan
Məni unudacaqsan..
Amma bir gün ayılsan
Hasarı uçurub dağıtsan,
Məni axtarsan,
Dənizlə qonşulaşacaqsan
Çətin onu qurudasan
Məni tapasan.
Geriyə dönmə!
Batacaqsan...

11.08.2010


Həyəcan siqnalı

Ayaqüstə yatanların
Yuxularda batanların
Nəzərinə çatdırıram
Oyanmağın vaxtı çatıb!
İnsan kimi yaşamağın
vaxtı çatıb!
Yeyib yatmaq həyat deyil!
“Çiçi”paltar geyib gəzmək
həyat deyil!
Danışırsan boş yerə,
Nəfəsini xərcləyirsən hədərə..
Qarşıdurma yaşamırsan!
Kölgəsində dolanırsan
Yaşadığın həyat deyil!
Deyirəm bəlkə
İnsan kimi yaşamağı öyrənəsən..
Sevindirəsən,
Bir acın qarnını,
Bir lütün əynini,
Dinləyəsən bir çarəsizin dərdini
Mədəsi,əyni sevinənin,
Ürəyi dərddən seyrələnin
Gözlərindəki sevincdən
Bəlkə anlayasan...
anlayasan,
həyatın nə olduğunu.

26.10.2010


Hövsan qəbirsanlığı

Kimsəsizlər yatır burda
Adsız, filansız
Naməlum qadın qəbri №1
Naməlum kişi qəbri №2..
Deyəsən vaxtı ilə
Çox qarğayıblar
burda yatanlara.
“Adın batsın”deyə
Deyirlər heç kim
bu dünyadan heç nə
aparmır.
Nömrəlilər adlarını
bu dünyaya qıymadılar
Özləri ilə apardılar..
Sakit yatmaq istədilər.
Qəbir üstündə ağlayanları asdırdılar.

10.10.2010