Yuxarı sinif şagirdləri üçün də xüsusi məktəbli forması təsdiqlənib

Gələn ildən Bakıda V-XI sinif şagirdləri də məktəbə vahid məktəbli formasında gedəcəklər. Bakı şəhəri Təhsil İdarəsinin sektor müdiri Zəminə Əliqızı ANS PRESS-ə bildirib ki, artıq yuxarı sinif şagirləri üçün nəzərdə tutulan geyimləri vahid forması təsdiqlənib.

Təshil Nazirliyinin qərarı ilə artıq ötən ildən Bakıda I-IV siniflər şagirdləri məktəbə vahid formada gedirlər. Ötən sentyabrda həmin formaların keyfiyyətinin aşağı, qiymətinin baha olması haqda tənqidlər səslənmişdi.

Zəminə Əliqızı bildirib ki, yuxarı sinif şagirdləri üçün təsdiqlənən məktəbli forması aşağı siniflərin geyimindən fərqli olacaq. Yəni, Bakıda bundan sonra I-IV siniflərdə oxuyanlrla V-XI siniflərdə oxuyanların geyim formaları fərqli olacaq.