Yanacaqdoldurma məntəqələrinə yüzlərlə maşın yığışıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Rəsmilər yanacağın qiymətinin artmayacağını desələr sürücülər buna inanmayıb gecə ikə mümkün qədər çox yanacaq almağa çalışırlar. Cavanşir Ağamalıyevin reportajı.

Azərbaycanda yanacağın qiymətinin artırılacağı barədə yayılan xəbərlərə görə Bakıda yanacaqdoldurma məntəqələrinin qarşısında uzun növbələr yaranıb.

Müxbirlərimiz xəbər verirlər ki, gecə saat 12-ə qədər benzin və digər yanacaq növlərinin qiymətində dəyişiklik olmayıb. Amma paytaxtın mərkəzi ərazilərindəki yanacaqdoldurma məntəqələrinin qarşısında yüzlərlə maşın toplaşıb. Adamlar gecə ikən mümkün qədər çox yanacaq almağa çalışırlar.

Yanvarın 7-də gün ərzində Bakıda yanacağın qiymətinin artırılacağı barədə xəbərlər dolaşsa da rəsmilər müxbirlərimizn bu mövzuda suallarına cavab verməyiblər. Amma son günlər Azərbaycanda benzinin iki dəfə bahalaşaraq 1 manat, ya da bir manat 20 qəpik olacağı barədə söz-söhbət səngimir. Tarif Şurasının rəsmiləri deyirdilər ki, qiymətin artırılması barədə onlara müraciət edilməyib.

Azərbaycanda yanacağın qiyməti dövlətin nəzarətindədir. Sonuncu dəfə yanacağın qiyməti dörd il əvvəl elə bu gün – yanvarın 7-dən 8-ə keçən gecə qaldırılıb. O zaman yanacağın qiymətinin iki dəfə artırlması ümumilikdə ölkədə ərzaq və digər mallarında da bahalaşmasına səbəb olmuşdu.

Tarif Şurasında sədrlik edən İqtisadi İnkişaf Nazirliyindən gecə saatlarında bildiriblər yanacağın qiymətinin qalxması barədə xəbərlər yalandır, Şuranın belə qərarı yoxdur.

ANS PRESS-in məlumatına görə, gecə yarısından etibarən Bakıdakı əksər yanacaqdoldurma məntəqələrində benzin satışı dayandırılıb. Məntəqə işçiləri bunu benzinin qiyməti ilə bağlı yaranmış qeri-müəyyənliklə əsaslandırırlar.