Dağıstanda 2 mülki şəxs öldürülüb

Dağıstanda naməlum şəxslər avtomaşını atəşə tutublar. Atışma nəticəsində 2 yerli şəxs həlak olub.

İnterfaks hüquq-mühafizə orqanlarına istinadla məlumat verir ki, hücum Dərbənd yaxınlığındakı Sırtıç kəndində baş verib.

Atəş açanların axtarışına başlanılıb.