Tunisdəki toqquşmalarda 14 adam ölüb

Tunisin 3 şəhərində nümayişçilərlə polis arasında toqquşma olub. Toqquşmalarda 14 nəfər ölüb. Hakimiyyət nümayəndələri baş verənlərdə ekstremistləri ittiham edirlər.

Nümayişlər artıq bir neçə gündür davam edir. Mitinqçilər gənclərin işsizliyinə və ərzaq məhsullarının qiymətinin qalxmasına etiraz edirdilər.

Qonşu Əlcazairdə də oxşar hadisələr baş verib. Polislə toqquşmalar zamanı 2 adam ölüb, yüzlərlə adam yaralanıb.