Wikileaksin banisi Assange məhkəməyə çıxarılıb

Wikileaks saytının banisi Julian Assange bu gün Londonda məhkəməyə çıxıb. Məhkəmədə Assangin zorlamada ittiham olunduğu İsveçə ekstradisiyası məsələsinə baxır. Məhkəmə ekstradisiya ilə bağlı qərarını fevralın 7-8də açılayacağını bildirib.

Assange-in vəkili məhkəmədə deyib ki, əgər müştərisi İsveçə ekstradisiya olunsa, sonradan onu ABŞ-a təhvil verə bilərlər. belədə isə Assange-in ABŞda Quantanamo həbsxanasında saxlanması , hətta edam cəzası almasın riski də var.

Dekabrın 16-da öncə həbs olunub, sonra zaminə buraxılandan sonra Assange ilk dəfədəiir ki, məhkəyə gəlib. Tərəfdarları deyirlər ki, ittihamlar qondarmadır və Assange Wikileaksin yaydığı ABŞ diplomatlarının yazışmalarına görə təqib olunur.