Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında iki ay müddətində müsabiqəni həyata keçirəcək komissiyanın üzvlərinin kimliyi məlum olub.
Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin teatr sektorunun müdiri Naidə İsmayılzadə APA-ya açıqlamasında komissiyaya ümumilikdə 8 nəfərin cəlb olunduğunu deyib.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin sədrlik etdiyi komissiyada Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, nazirliyin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov, teatr sektorunun müdiri Naidə İsmayılzadə, teatrşünaslar Məryəm Əlizadə və Aydın Talıbzadə, eləcə də bir hüquqşünas təmsil olunurlar.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi yanvarın 1-dən buraxılıb. Komissiya teatra yeni işçilərin götürülməsini həyata keçirəcək.