Prezidentin pulları oğurlanıb

Argentina prezidenti Cristina Fernandezin səfər xərclərini silahlı adamlar Prezident Administrasiyası işçisinin əlindən alıb.

Polisin məlumatına görə silahlılar yanvarın 12-də Buenos Airesdə dövlət işçisini evinin qarşısında saxlayıb pul dolu çantanı əlindən alıblar. Çantada 68 000 dollar və 17 000 avro nəğd pul olub.

Rəsmilər bu pulların prezidentin Küveyt, Qatar və Türkiyəyə bu yaxınlarda nəzərdə tutulan səfərində xərclənmək üçün nəzərdə tutulduğunu deyirlər.

Polis indi oğru ilə yanaşı, həm də nəğd pulu bu rəsminin özüylə evinə aparmasının səbəbini araşdırır.