Sudanda referendum sona yetir

Bir həftədir ki, Sudanın cənub bölgəsinin müstəqilliyi ilə bağlı keçirilən referendum Şənbə günü sona yetir.

Rəsmi məlumatlara görə referendumda 60 faizdən çox seçici iştirak edib.

Bu referendumun baş tutması üçün kifayyətdir.

Əgər əksəriyyəd Cənubi Sudanın müstəqilliyinə səs versə dünyada yeni dövlət yaranacaq.

Sudanın hakim partiyası cənubun müstəqilliyi ilə razılaşacağını bildirib.

Amma qeyd edib ki, sərhəd və neft məsələsi danışıqlar yoluyla həll olunmalıdır.