Tunisdə nisbi sakitlikdir

Ötən günkü qarətlərdən sonra Tunisin paytaxtında nisbi sakitlikdir.

Şəhərin küçələrinə əsgər çıxarılıb.

Kütləvi informasiya vasitələri mərkəzi vağzalın tamamilə yandığını, mağazaların qarət edildiyini xəbər verirlər.

23 ildən artıq ölkəni idarə edən prezident Zine əl Əbidin Ben Əli ölkəni tərk edərək ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına gedib.

Prezidentin səlahiyyətlərini yeni seçkiyədək baş nazir Məhəmməd Qannuşi icra edəcək.

Bir neçə həftə idi ki, Tunisdə işsizliyin səviyyəsinin artması və korrupsiyaya qarşı kütləvi aksiyalar keçirilirdi.

Polislə toqquşmalarda onlarla nümayişçi ölüb.