Azərbaycanın 2,2 trilyon kubmetr təsdiq edilmiş qaz ehtiyatı var

Bunu Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bildirib.

O, ötən il neft-qaz sektorunda bütün planların yerinə yetirildiyini, 51 milyon ton neft, 27 milyard kubmetr isə qaz hasil edildiyini bildirib.

Prezident 2011-ci ildə qaz hasilatı və ixracın daha da artırılacağını qeyd edib.