Tunisdə prezident qvardiyasının rəhbəri həbs edilib

Bu barədə Britaniyanın Sky News televiya kanalı Tunisin kütləvi informasiya vasitələrinə istinadla xəbər verir.

General Əli Seriati bazar günü həbs edilib.

O, xalqa qarşı cinayət işlətməkdə ittiham olunur.

Tunisdə baş vermiş çevrilişdən sonra ölkədə vəziyyət hələ də gərgin olaraq qalır.

Ölkənin aparıcı siyasi qüvvələri hazırda yeni hökumət yaradılmasını müzakirə edirlər.