Əfqanıstan prezidenti Rusiyaya gedir

Əfqanıstan prezidenti Həmid Karzayi bu həftə Moskvaya səfər edəcək. Yanvarın 20-21-də planlaşdırılan ikigünlük səfər zamanı Karzayi həmkarı Medvedevlə görüşəcək.

Prezidentlərin iqtisadi əlaqələri genişləndirmək, Rusiyadan Əfqanıstana enerji təchizatı yollarını müzakirə etmələri nəzərdə tutulur.

Sovet İttifaqı 1979-cu ildə Əfqanıstana hücum etmiş, o zaman ABŞ-ın dəstəyi ilə yerli müqavimət təşkil edilmiş və 10 ildən sonra sovetlər bu ölkədən çıxmalı olmuşdu. 2011-ci ildə ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Əfqanıstanda Taliban rejimini devirəndən sonra Moskva ilə Kabul arasında münasibətlər də inkişaf etməyə başlayıb.