Yanvarın 7-də İslam Partiyasının sədri Mövsüm Səmədovla birlikdə həbs edilən və 10 sutka inzibati cəza alan şəxslərdən ikisi - Mirhüseyn Kazımovla Elçin Həsənov buraxılıb.
Partiyanın təşkilat şöbəsinin müdiri Vaqif Abdullayev haqqında isə 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Bu haqda AzadlıqRadiosuna məlumat verən İslam Partiyası Baş Məclisinin üzvü İnqilab Əhədli bildirib ki, onun nədə ittiham olunması və harada saxlanması barədə məlumatları yoxdur:
«Dünən axşam (yanvarın 17-də) Hacı Mövsümün sürücüsü Mirhüseyn Kazımovla Elçin Həsənovu buraxıblar. Vaqif Abdullayevi isə Binəqədi təcridxanasından aparıb 3 ay iş kəsiblər. Hara aparılmağı bilinmir. O, da 15 sutka cəza almışdı. Biz eşitmişdik ki, buraxacaqlar. Buraxmaq əvəzinə 3 ay cəza verdilər. Nədə ittiham olunduğunu hələ bilmirik».
Yanvarın 18-də isə həbsdə olan İslam Partiyası tərəfdarlarının hüquqlarını Müdafiə Komitəsi yaradılıb.
İslam Partiyası Ədliyyə Nazirliyində qeydiyyata alınmayıb.