Polşalılar prezidentin həlak olduğu təyyarə qəzasına görə rusiyalıları ittiham edir

Rusiya hava nəqliyyatı dispetçerləri Polşa prezidenti Kaçinskinin təyyarəsinə səhv yol gösətirblər deyə, təyyarə qəzaya uğrayıb. 2010-cu il Aprelin 10-da Smolensk yaxınlığında baş verən qəzanın səbəblərini araşdıran Polşa istintaq komissiyası bu nəticəyə gəlib. Qəzada Polşa prezidenti və 95 nəfər yüksək rütbəli rəsmi həlak olmuşdu.

Baş müstəntiq Miroslaw Grochowski Varşavada jurnalsitlərə bildirib ki, onlar əllərindəki rusiyalı dispetçerlərlə prezidentin təyyarəsini idarə edən pilotların dnaışıqlarına əsasənb u nəticəyə gəliblər. Polşa prezidentinin təyyarəsinə qəzadan bir neçə dəqiqə öncə kursa görə hərəkət etdiyi bildirilsə də, cihazlar təyyarənin kursdan yayındığını, əslində deyiləndən 130 metr daha hündürdə və ənənəvi marşrutdan 80 metr kənarda olduğunu göstərir.

Rusiyalı müstəntiqlər isə ötən həftə açıqladıqları yekun rəydə qəzanın Polşa rəsmilərinin pis hava şəraitinə baxmayaraq təyyarəni endirmək tapşırığı aldığı üçün maşbaş qalan pilotların səhvi üzündən baş verdiyini bildirmişdilər.