İnter Ermənistan kulubunu udaraq yarımfinala çıxdı

Azərbaycanın İnter futbol klubu “Birlik kuboku”-nun ¼ final mərhələsinə Ermənistanın “

Mika” klubunu 4:0 hesabı ilə məğlub edib.
Oyunun 30-cu dəqiqəsində Volodomir Levin, 35-ci dəqiqəsində Git Karlsons, 51-ci dəqiqəsində Dmitri Kruqlov, 60-cı dəqiqəsində yenə də Git Karlsons fərqləniblər.

Xatırladaq ki,”İnter” qrup mərhələsində keçirdiyi 3 görüşün hamısında qələbə qazanıb.

Komanda bu oyunlarda rəqib qapılarına 7 qol vurub, öz qapısında isə qol görməyib.