Praqaya reyslərin sayı artırılacaq

«Azərbaycan Hava Yolları» QSC (AZAL) bu ayın sonuna qədər Almaniyanın aparıcı şirkətlərinin birindən 2 ədəd «Airbus 320» təyyarəsi alacaq. Fevral ayında isə daha iki ədəd «Airbus 319»un alınması planlaşdırılır.

Bunu AzadlıqRadiosuna AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli deyib. Ancaq təyyarələrin qiymətini açıqlamayıb, “kommersiya sirri olduğunu” bildirib.

Ötən ay aviaparka daha 2 «Airbus 320» təyyarəsi daxil edilib.

M.Səfərli bildirib ki, yeni təyyarələr alınandan sonra Çexiyanın Karlovı-Varı, Niderlandın Amsterdam və Şotlandiyanın Aberdin şəhərlərinə reyslər açılacaq. Çexiya paytaxtı Praqaya isə uçuşların sayı artırılacaq.

Hazırda Praqaya həftədə bir dəfə uçuş həyata keçirilir.