Fransanın Xarici İşlər naziri Qəzzada yumurta atəşinə tutulub

Yanvarın 21-də İsraildən qəzzaya keçən Fransanın Xarici İşlər naziri Michele Alliot-Marieni etiraz aksiyaları ilə qarşılayıb, onun maşınını yumurta atəşinə tutublar.

Aksiya iştirakçıları əvvəlcə Onun Qəzzaya girişinə mane olmağa çalışıblar. Sonra nazirin getdiyi BMT-nin yerli ofisinin qarşısına toplaşıblar. Ofisdən çıxıb xəstəxanaya baş çəkmək istəyərkən framsalı nazirin maşını yumurta atəşinə tutulub.

Aksiya iştirakçıları nazirin İsraildə çıxışına qəzəbləniblər. Həmin çıxışında Michele Alliot-Marie Qəzzada Həmasın saxladığı İsrail əsgərinin azad edilməsini tələb edib. Onlar deyirlər ki, nazir İsrail həbsxanalarında saxlanan fələstinlilərin taleyi haqqında bir kəlmə də deməyib.