Dominikanda vəbadan ilk ölüm qeydə alınıb

Haitinin qonşusu Dominikan Respublikasında vəbadan ilk ölüm faktı qeydə alınıb.

Bu haqda bazar günü Dominikanın Səhiyyə Nazirliyinin nümayəndəsi məlumat verib. O bildirib ki, ölən şəxs - 53 yaşlı kişi bir müddət əvvəl Haitidə olubmuş.

Haitidə oktyabrın ortalarında 190 min adam vəbaya yoluxmuşdu. Onlardan 4 mini ölmüşdü.