Dünyada 205 milyon işsiz var

Beynəlxalq Əmək Təşkilatı bildirib ki, dünyada 205 milyon işsiz var.

BMT-nin orqanı hesab edir ki, vəziyyət 2011-ci ildə azacıq düzələcək.
Bu il işsizlərin sayı 1 faiz azalaraq 203 milyona düşəcək.

Cenevrədə qərarlaşan təşkilatın hesablamalarına görə, 2007-ci ildə beynəlxalq maliyyə böhranı başlananda işsizlərin sayı indikindən 27 milyon az idi.