Moskvadakı partlayışda bir yazıçı da həlak olub

Yanvarın 24-də Moskvadakı Domodedovo aeroportunda törədilən və 35 nəfərin ölümünə səbəb olan dəhşətli terror aktı zamanı uraynalı yazar da həlak olub.

29 yaşlı dramaturq Anna Yablonska Rusiya paytaxtına Odessa-Moskva reysilə gəlibmiş.

Yablonska Moskvaya “İskusstvo Kino” jurnalının mükafatını almağa gəlibmiş.

O, mükafata “Bütpərəstlər” pyesinə görə layiq görülmüşdü.

Yablonska Ukraynanın ən perspektivli gənc yazarlarından sayılırdı, Rusiya, Belorus və Ukraynada keçirilmiş ədəbi müsabiqələrdə mükafatlara layiq görülmüşdü.

Onun 3 yaşlı qızı yetim qalıb.

PARTLAYIŞ ANININ VİDEOSU