Putin Moskvadakı teror aktının Çeçenistanla bağlılığı olmadığını deyir

Rusiyanın baş naziri Vladimir Putin “Domodedovo” hava limanında törədilən terror aktının Çeçenistana aidiyyatı olmadığını bildirib.

Amma baş nazir başqa versiya barəsində də bir şey deməyib.

Yanvarın 24-də hava limanında tərədilmiş partlayışda 35 adam ölüb, 100-dən artıq adam isə yaralanıb.

İntiharçıdan başqa ölənlərin hamısının kimliyi müəyyənləşdirilib.