Nazir: “Xaricdə oxuyan gənclərin çoxu işlə təmin olunmayıb”

Dövlət xətti ilə xaricdə oxuyub təhsilini başa vuran gənclərin çoxu işlə təmin olunmayıb. Bunu Təhsil naziri Misir Mərdanov yanvarın 27-də nazirliyin kollegiya iclasında bildirib. Onun sözlərinə görə, indiyədək 114 tələbə xaricdə təhsilini başa vursa da, bu məzunlardan yalnız 40 nəfəri müvafiq dövlət orqanlarında işlə təmin olunub.

Misir Mərdanov deyib ki, dövlət vəsaitləri hesabına xaricdə təhsil alanların işlə təmin olunması istiqamətində ciddi tədbirlərin görülməsinə böyük ehtiyac var və onlar artıq bir sıra təkliflər hazırlayıblar.

Nazirin fikrincə, bu məzunlardan yararlanmaq üçün xüsusi qurum yaradılmasına ehtiyac var.