Medvedev STAT razılaşmasını imzaladı

Rusiya prezidenti Dmitri Medvedev nüvə silahlarının azaldılmasını nəzərdə tutan ABŞ-la yeni razılaşmanı imzalayıb. START adlanan bu sənəd tərəflərə nüvə başlıqlarının sayını 220-dən 1550-ə endirmək öhdəliyi nəzərdə tutur.

Hər iki ölkənin xarici siyasət idarələri rəhbərlərinin ratifikasiya olunmuş sənədləri bir-birinə təhvil verməsindən sonra razılaşma qüvvəyə minəcək.