Almaniyada dəmiryol qəzasında 10 adam ölüb

Almaniyada baş vermiş dəmiryol qəzasında azı 10 adam ölüb,30-dan çox sərnişin isə yaralanıb.

Xəsarət alanlardan bəziləri ağır vəziyyətdədir.

Yük qatarı Saksoniya Anhald torpağında sərnişin qatarı ilə toqquşub və nəticədə sərnişin qatarının bir neçə vaqonu xətdən çıxıb.

Sərnişin qatarı Maqdeburqdan Halberştada gedirmiş.
Qəzanın səbəbi araşdırılır.